Paşinyandan şok açıqlama - “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb” Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb.

Hazırda baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın bu dəfəki açıqlaması Ermənistanın gündəmində bomba effekti yaradıb. Paşinyan bu dəfə elə bir etirafı dilə gətirib ki, ermənilər nə deyəcəklərini bilmirlər.

Nikol parlamentdə çıxışı zamanı Azərbaycanla-Ermənistan sərhədində delimitasiya və demarkasiya təklifinə qarşı çıxanlara xatırladıb ki, 30 il əvvəl, 1991-ci ilin dekabrında Almatıda Müstəqil Dövlətlər Birliyini yaradan ölkələr bir-birinin ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını tanıyaraq Bəyannaməyə imza atıblar. Paşinyan Şurnux və Qaragöl məsələlərinə də toxunub.

O xatırladıb ki, hələ 2010-cu ildə qəbul edilən “Ermənistanın inzibati-ərazi bölgüsü haqda” qanunda Şurnuxla Qaragöl-ün Azərbaycanla sərhəddə yerləşdiyi qeyd olunub.

Faktların yoxlanılması üzrə ixtisaslaşan Saxta.info internet nəşri Paşinyanın bu açıqlamaları ilə bağlı araşdırma aparıb.

"Bu da belə" "YouTube" kanalı bununla bağlı videomaterial hazırlayıb.

Sözü gedən yazını aşağıdakı linkdən oxuya bilərsiniz:

https://saxta.info/az/news/view/1117/ermenistan-azerbaycanin-erazi-buetoevlueyuenue-taniyib-pasinyandan-irevani-qarisdiran-etiraf-video