Türkiyə mediasında İkinici Qarabağ  müharibəsi zamanı Azərbaycan tərəfinin AN -2  təyyarələrindən qeyri-ənənəvi metodla istifadə edildiyinə dair məlumat yayılıb. Məlumatda qeyd edilir ki,  pilot  AN-2-ni havaya qaldırıb istiqaməti müyyən etdikdən sonra  paraşütlə təyyarəni tərk edir.  Bu barədə ermənilərin nəzarətində olan hərbi teleqram kanalında məlumat verilib. Məlumatda əlavə olunur ki,  “kukruzniklər”  Ermənistan hava hücumundan müdafiə qüvvələrinin  “yeminə” çevrilib.  İddia  edilir ki,  bununla da  Azərbaycan tərəfdən çox pilot itkisinin  səbəbi  məlum  olur.

Saxta.info teleqram kanalın erməni seqmentində irəli sürülən bu iddianın  doğru olub-olmadığını dqiqləşdirib.

Azərbaycan tərəfi heç vaxt İkinci Qarabağ  Müharibəsində AN-2-dən istifadə edildiyini  rəsmən təsdiqləməyib. Lakin, İkinci Qarabağ müharibəsinin əvvəllərindən etibarən, Ermənistanın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğu iddia edilən çoxsaylı pilotsuz təyyarələr barədə məlumatlar yayılıb.  Sonra məlum oldu ki, söhbət  xalq arasında "kukruznik" adlandırılan,    sovet istehsalı olan çoxfunksiyalı  AN-2 təyyarələrindən gedir.

SSRİ dövründə AN-2 kənd təsərrüfatı, idman, nəqliyyat, təlim,  hətta sərnişin təyyarəsi kimi istifadə edilib. İstehsal illəri: SSRİ -  1947-1992, ÇXR - 1957-ci ildən bu günə qədər, Polşa: 1960 - 2002.   Hazırda  əsasən Rusiya olmaq şərtilə dünya ölkələrində  1000-dən çox belə təyyarə var.  Beləliklə, söhbət birbaşa hərbi məqsədlər üçün nəzərdə tutulmayan, hazırda istehsalı yalnız Çində “Yunşuji -5 adı altında davam edən Sovet təyyarəsindən gedir.

Bu arada peykdən çəkilən şəkillər Qarabağda hərbi əməliyyatların başlamasından  ay yarım əvvəl, 7 avqust 2020-ci il tarixdə Azərbaycanın Yevlax hava limanında 60-dan çox belə nəqliyyat vasitəsinin olduğunu göstərir. Ancaq 3 oktyabrda, bir neçə günlük döyüşlərdən sonra AN-2-lərin sayı 26 ədədə qədər azalıb.  Hollandiyanın foto və video materiallar əsasında məlumat yayan Oryx tədqiqat qrupunun məlumatına görə, Azərbaycan müharibə dövründə yalnız 11 AN-2 təyyarəsini itirib.

Qeyd edək ki,  Azərbaycan tərəfi son illərdə bu cür təyyarələrin alındığına dair məlumat verməyib. Üstəlik Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik Vaqif Dərgahlının sözlərinə görə, Ermənistan tərəfdən Azərbaycanın pilotsuz təyyarəsinin məhv edilməsinə dair təqdim olunan “sübutlar”a  diqqətlə baxdıqda onalrın   “kukruznuk”  olduğu üzə çıxır.    Eyni zamanda, Vaqif  Dərgahlı Azərbaycan tərəfinin  AN-2-dən istifadə etdiyini təsdiqləməyib,   bunu erməni tərəfinin yaydığı saxta məlumat kimi xarakterizə edib.   O qeyd edib ki,  Azərbaycan Ordusunun sərəncamında ən müasir silah növləri və ən yeni hərbi texnika olduğu halda kənd təsərrüfatı üçün nəzərdə tutulmuş “kukuruznik” ordunun nəyinə gərəkdir?  Cavab sadədir. Bu üsulla erməni təşviqatı qrafika və animasiyadan istifadə etməklə erməni ictimaiyyətini aldatmaq, eləcə də erməni əsgərinin fiziki cəhətdən qırılmış əhval-ruhiyyəsini və mənəvi durumunu yüksəltmək üçün uğursuz cəhdlər göstərir.

Qeyd edək ki,   Azərbaycan tərəfinin  pilotsuz təyyarəyə çevrilmiş  AN-2-dən istifadəsi versiyası əvvəlcə ruslar tərəfindən irəli sürülüb, sonra xarici mətbuatda təkrarlanıb. Mütəxəssislərin fikrincə, Azərbaycan Silahlı Qüvvələri, Ermənistanın hava hücumundan müdafiə sistemlərini müəyyənləşdirmək üçün yem kimi bu təyyarələri  buraxıb,  sonra  zərbə PUA-ları ilə həmin sistemləri məhv edib.  Bu metod köhnə "kukruznik”lərin  ucuzluğu ilə izah olunur.

Beləliklə, Sovet İttifaqı istehsalı olan AN-2, vəziyyətinə və modifikasiyaya görə, Rusiyada təxminən 8-15 milyon rubla (109695.16 - 205678.42 dollar) təklif edilir. Ttürkiyənin Bayraktar  pilotsuz uçuş aparatının ixrac versiyasının qiyməti   10 milyon dollardan çox təşkil edir.  Xatırladaq ki, erməni teleqram kanalının Türkiyə mediasının nəşri kimi təqdim etdiyi infoqrafikaya yalnız türk və erməni istifadəçilərinin bəzi Twitter hesablarında rast gəlinib.

Diqqət çəkən odur ki,  bu nəşr ilk dəfə birbaşa AN-2 təyyarəsinin pilot tərəfindən havaya qaldırıldığını və daha sonra pilotun təyyarəni paraşütlə tərk etdiyini bildirir.  Bu,  bəzi KİV-lərdə yayılıb,  lakin  fərziyyə olaraq.  Bu mənada, erməni tərəfinin təqdim etdiyi  heç bir videoda  vurulan təyyarənin heyətinin paraşütlərin köməyi ilə  təyyarəni tərk etdiyi qeydə alınmayıb.

Rusiyanın “İzvestiya” nəşrinin vurulmuş  iki təyyarənin qalıqlarını araşdıran əməkdaşlarının da pilotların cəsədlərini tapmaması diqqət çəkir.  

Bu arada, İkinci Qarabağ  Müharibəsi zamanı həlak  olan hərbçlərlə bağlı Azərbaycan Müdafiə Nazirliyinin   təqdim  etdiyi  siyahıda  yalnız bir hərbi pilotun adı  var - Mİ-17 döyüş helikopterinin qəhrəman komandiri kapitan Coşqun Rüstəmov. Onun  heyət üzvlərinə helikopteri tərk etmək əmri verdiyi, özünün isə  mülki əhaliyə zərər vurmamaq üçün  helikopteri boş əraziyə yönləndirdiyi bildirilir.

Bundan əvvəl saxta.info  ermənilərin  ikinci Qarabağ müharibəsi zamanı onlarla pilotun həlak olmasına dair yaydığı məlumatları ifşa edib.   Məsələ burasındadır ki, erməni mənbələri bu cür fərziyyələri  şəhid Azərbaycan hərbçilərinin  yaxasındakı  qanad şəklində nişanlar  əsasında irəli sürüblər.

Ermənistan mediası: Müharibə zamanı Azərbaycan Hərbi Hava Qüvvələrinin 36 pilotu həlak olub

Saxta.info-nun araşdırması göstərib ki,  sərhəd, tibbi xidmət, mühəndis-istehkam  qoşunlarının nümayəndələri daxil olmaqla, Azərbaycan ordusunun hərbi qulluqçuları arasında qanadlı döş nişanlarına sahib olan  digər hərbçilər də var.

Beləliklə, ermənilərə məxsus teleqram kanalın  “çox sayda öldürülmüş düşmən pilotu” barədə iddiası heç bir şəkildə təsdiqini tapmır.

Saxta.info bu qənaətə gəlib ki,  Azərbaycanın çox pilot itirməsinə dair   ermənilərə  məxsus hərbi yönümlü teleqram kanalda təqdim olunan nəticə əsassızdır.