TƏCİLİ! Gədəbəkdəki bu kəndi Ermənistandakı 4 kəndə dəyişdirilir!

Nikol Paşinyan Azərbaycanla ərazi mübahisələrinin həlli üçün Sovet dövründən mövcud olan anklavların mübadiləsindən imtina təklifi ilə çıxış edib.

O bu barədə Tavuş bölgəsinin sakinləri ilə seçkiqabağı görüşündə açıqlama verib. Paşinyan deyib ki, beynəlxalq hüquqa və təcrübəyə əsaslanan ümumi məntiq var. Həmin məntiqə görə hazırda mövcud olan vəziyyət dəyişməzdir. Çünki Ermənistanın da Azərbaycanın nəzarətində olan bir anklavı var – Artsvaşen (Gədəbəy ərazisindəki Başkənd nəzərdə tutulur - red)”.

N.Paşinyan bildirib ki, məntiqlə anklav anklavla dəyişdirilməlidir. Bununla yanaşı o deyib ki, qarşılıqlı olaraq Azərbaycanın nəzarətində qalan ərazi Azərbaycanın, Ermənistanın nəzarətindəki ərazi isə Ermənistanın nəzarətində qalmalıdır. Əlavə olaraq Paşinyan iddia edib ki, Ermənistan və Azərbaycanın yurisdiksiyasında təxminən eyni miqdarda analoji ərazi var.

"Demədi Demə" "YouTube" kanalı Saxta.info-nun Paşinyanın açıqlamaları ilə bağlı etdiyi araşdırma ilə bağlı video hazırlayıb.

Sözü gedən yazını aşağıdakı linkdən oxuya bilərsiniz.

https://saxta.info/az/news/view/1193/nikol-pasinyan-anklav-anklavla-deyisdirilmelidir