Koronavirusa yoluxub sağalanlar arxayınlaşmamalıdır. Çünki bu virus hətta başqa xəstəliyi olmayan insanlarda belə fəsadlar yaradır. Ona görə də sağaldıqdan sonra mütləq müyinələrdən keçməlidirlər. Bəs hansı müayinələrdən keçmək vacibdir? Kardioloq Emin Hacıbalayev bildirib ki, koronavirusa yoluxub sağalanlarda miokarditin - ürək əzələsinin iltihabı xəstəliyi yaranır.

Çünki bu xəstəliyin yaranma səbəblərindən biri də virus infeksiyasıdır. Ona görə COVID-19 xəstəliyi keçirmiş insanların kardioloji müayinələrdən keçməsi olduqca vacibdir.

Faktların yoxlanılması üzrə ixtisaslaşan Saxta.info internet nəşri bu məsələ ilə bağlı araşdırma aparıb.

Gəlin görək xarici mütəxəssislər bu barədə nə deyir? 

"Bu da belə" "YouTube" kanalı bununla bağlı video hazırlayıb: