Sosial şəbəkələrin erməni seqmentləri Ermənistanın Bərdəyə raket hücumunu suriyalı silahlıların təşkil etdiyini yazaraq manipulyasiya edib yalan məlumatlar yayır.

Saxta.info bununla bağlı araşdırma edib.

Erməni seqmentləri Bərdə şəhərində hərəkətdə olan avtomobilin alovlanmasının görüntülərini yayımlayıb və bu hadisəni suriyalı silahlıların üzərinə atmaqla beynəlxalq ictimaiyyəti aldatmağa çalışır. Paylaşılan videoda belə qeyd edilir: “Bərdədə partlayışlar təşkil edən Suriyalı silahlıların olduğuna dair şübhələr də ölkəmizdə ortaya çıxdı. Fakt budur ki, Azərbaycan tərəfinin təqdim etdiyi video kadrlarda bir dənə də mərmi izi görünmür, krater yoxdur. Kadrlarda yalnız yanan avtomobillər və cəsədlər əks olunur ki, bu da terror hücumunu xatırladır, atəş edilməsini yox”. Digər paylaşımları isə türk futbolçu ilə bağlı olub. Guya o, Bərdədə terror aktının törədiləcəyini bilirmiş.

Ermənilər “Twitter”də Türkiyə Millisinin keçmiş oyunçusu Umut Bulutun adına saxta hesab açıb. Guya Türk futbolçu sensasiyalı “Twitter”də Suriyalı silahlılar Azərbaycanda binaları partlatmağa hazırlaşdıqları barədə məlumatları yazıb. Rəsmi səhifəsi kimi təqdim olunan profildə tamamilə SAXTA bir post paylaşılıb. Üstəlik yaşadığı yeri Baku-Azərbaycan kimi qeyed edib. Bununla yanaşı, “rəsmi” səhifədə heç oyunçunun hazırkı komandası belə düzgün qeyd olunmayıb. Hazırda Yeni “Malatyaspor” komandasında çıxış edən Umut Bulut, niyəsə öz “rəsmi” səhifəsində keçmiş klubu “Galatasaray”ı hazırkı komandası kimi qeyd edib. Bununla da ermənilərin daha bir manipulyasiyası üzə çıxmış olub.

Ermənilərin saxta informasiyalarını isə bir neçə faktla dədiqləşdirmək mümkündür. Bir neçəsini qeyd edək:

Düşmənin Bərdə şəhərində törətdikləri terroru etiraf etməsələr də rusiyalı siyasi ekspertlər və “New-York Times” kimi bir çox nüfuzlu xarici media orqanları bunu təsdiq edir və şiddətlə qınayırlar.  

Rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov . dinc əhalinin atəşə tutulmasını şiddətlə qınayıb. O, Bərdədən Qarabağa qədər böyük məsafə olduğunu vurğulayaraq, buranın müharibə bölgəsindən çox uzaq olduğunu dilə gətirib. Politoloq hesab edir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın dinc şəhərlərini atəşə tutarkən əsas məqsədi cavab atəşi almaq və Rusiyanı münaqişəyə cəlb etməkdir.

ABŞ-ın “The New York Times” qəzeti isə Bərdə terroru barədə hazırladığı geniş materialda isə belə deyilir: “İlk partlayış bizi maşını dayandırmağa məcbur edəcək qədər güclü idi. Yaxın görünürdü və bir raket kimi səslənirdi, buna görə cəld divarın altına atıldıq və əyildik. Daha sonra anladım ki, dayanmasaydıq, yoldan 20 metr irəlidə birbaşa partlayışlardan birinin ortasına girirdik. Azərbaycanda cəbhəyə yaxın bir sıra yaşayış məntəqələri demək olar ki, gündəlik raket zərbələrinə məruz qalıb. Cəbhədən bir az aralıda yerləşən Bərdəyə hücum olunması isə gərginliyin artdığını göstərir. Raketlərin Rusiya istehsalı olan “SMERÇ” yaylım atəş raket sistemindən atıldığı və klaster bombalarından istifadə edildiyi bildirilib. Klaster bombaları yaşayış məskənlərində mülki vətəndaşlara təhlükə doğurduğu üçün bir çox ölkədə qadağan olunub”.

Ermənistan ordusu tərəfindən Bərdəyə “Smerç” qurğusundan kasetli raketlər atıldığı isə rəsmi təsdiq olunub. Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb.

 “Smerç” qurğusundan atılan kasetli bombalar hansı xüsusiyyətə malıkdir?

“Bomba içindəki bomba" olaraq bilinən toplu bomba hədəfə atıldıqda, "ana bomba" partlayır və yüzlərlə mərmi böyüklüyündə bomba çox böyük bir əraziyə yayılaraq bir-birinin ardınca partlayır. Havadan və qurudan atıla bilən və havada qırılaraq açıla bilən çoxluqlu bomba, bir neçə futbol sahəsinin ölçüsündə 200-ə yaxın bomba buraxır. Sursatın atıldığı ərazidə olanlar öldürülür və ya yaralanır. Bir çox bomba, minalar kimi, dərhal partlamadığı üçün illər sonra mülki insanları öldürür və ya şikəst edir.

Çoxsaylı kiçik bombaları dərhal partlamamış, minaya çevrilmiş çoxluqlu bombaların qadağan edilməsinə dair razılaşma 2008-ci ilin may ayında İrlandiyanın paytaxtı Dublində 107 ölkə tərəfindən qəbul edilib. Dünyanın aparıcı istehsalçıları və ən çox ehtiyata sahib olan ABŞ, Rusiya və Çin bu prosesdən kənarda qaldılar. 

Kasetli bonbanın qadağan olunmasına səbəb isə II Dünya Müharibəsində həm mülki həm də hərbi hədəflərə hücum etmək üçün istifadə edilməsidir. 1970-ci ildən 1990-cı illərədək kasetli bomba, müxtəlif növlərdə, bir çox millət üçün standart hava atılan döyüş sursatı kimi tətbiq olunub. Bunlar 34 ölkə tərəfindən istehsal edilmiş və ən azı 23 ölkədə istifadə edilib.

Sonda isə belə qənaətə gəldik ki, ermənilərin “Bərdə şəhərində terror aktını suriyalı silahlılar törədib” başlıqlı paylaşımı yalandır. Əslində isə Bərdə şəhəri Ermənistan ordusu tərəfindən “Smerç” qurğusundan kasetli raketlərlə vurulub.