Hərbi ekspert David Arutyunovun dediyinə görə, müharibənin yaratdığı dəyişikliklərin miqyası çox böyükdür və Ermənistan və Artsaxın 27 sentyabrdan əvvəl mövcud olan hərbi təhlükəsizlik sisteminin mövcudluğunu dayandırdığı göz qabağındadır.  Ekspert bu fikirləri “Sputnik Ermənistan” agentliyinə müsahibəsində deyib. Arutyunovun fikrincə, Ermənistan ordusu sıfırdan modernləşdirilməlidir.

Erməni mütəxəssisin bu açıqlamasının əsaslı olub-olmadığını öyrənmək üçün araşdırma apardıq.

Əslində Arutyunovun əsas mesajı göz qabağındadır, xüsusi araşdırma tələb etmir. İkinci Qarabağ müharibəsi nəticəsində Ermənistan 30 ilə yaxındır işğal etdiyi Azərbaycan ərazilərinin çoxunu itirdi, keçmiş Ermənistan SSR-in sərhəd xəttinə qayıtdı, həm canlı qüvvə, həm də hərbi texnika baxımından böyük itkilər verdi.

Bunu həm Ermənistanda,  həm də xaricdəki məlumatlı mənbələr təsdiqləyir.  Xüsusilə bu yaxınlarda bu mövzu ilə vağlı saxta.info-da araşdırmalar və analitik materiallar dərc olunub.

Saxta.info nəşrində 44 günlük hərbi əməliyyatlar zamanı Ermənistan silahlı qüvvələrinin Azərbaycan ordusu tərəfindən məhv edilən və qənimət götürülən silah və hərbi texnikasının geniş siyahısı verilib.

Beləliklə, hərbi ekspert David Arutyunovun Ermənistanın hərbi məğlubiyyəti və ağır hərbi itkiləri barədə mesajının açıq olduğunu, əlavə araşdırmaya ehtiyac duyulmadığı qənaətinə gəlirirk.

Arutyunovun Ermənistanda hərbi təhlükəsizlik sahəsindəki yeni vəziyyətlə bağlı mülahizələrinə gəlincə, ekspert bu mənada səhv başlanğıc nöqtəsi  seçib.  Müharibənin yekununda Ermənistan Dağlıq Qarabağın təhlükəsizliyini qorumaq qabiliyyətini itirib, çünki Qarabağla bağlı üçtərəfli bəyanat erməni silahlı birləşmələrinin  işğal olunmuş ərazilərdən çıxarılmasını nəzərdə tutur.

Bu gün Ermənistanı Xankəndi ilə birləşdirən yeganə yola, Laçın dəhlizinə Rusiya Müdafiə Nazirliyinin sülhməramlı qüvvələri tərəfindən nəzarət olunur. Məqsəd mülki və humanitar yüklərin, eləcə də mülki şəxslərin hər iki istiqamətdə hərəkətinin təhlükəsizliyini təmin etməkdir.

Rusiya sülhməramlıları Dağlıq Qarabağın Ermənistanla əlaqəsini, əhalinin yaşayış yerlərinə qayıtmasını və mülki nəqliyyat vasitələrinin hərəkətini təmin edən  beş kilometr enində Laçın dəhlizinə nəzarət edir.  Bu barədə çərşənbə axşamı Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov məlumat verib. Ermənistan tərəfi müharibədən və üçtərəfli razılaşmadan  sonra bir sıra ərazilərin - Cəbrayıl, Zəngilan, Qubadlı, Füzuli, Ağdam, Kəlbəcər və Laçının, habelə Şuşa şəhərinin və Hadrut bölgəsinin Azərbaycanın nəzarəti altına   keçməsi ilə  razılşamaq məcburiyyətində qaldı.

Bu arada, İkinci Qarabağ müharibəsinin yekununda Ermənistanın ərazi itkilərinin əsl mənzərəsi Hava Qüvvələri tərəfindən dərc olunan xəritədə aydın şəkildə təqdim olunur. 

Yanvarın 11-də Moskvada Rusiya, Azərbaycan prezidentləri və Ermənistanın baş naziri arasında danışıqlar aparıldı. Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan, Dağlıq Qarabağdakı vəziyyəti və 44 günlük müharibədən sonra 9 Noyabr 2020-də imzalanan sülh müqavilələrinin icrasını müzakirə etdilər. Kremldə keçirilən danışıqlar təxminən dörd saat davam etdi və Dağlıq Qarabağın inkişafı ilə bağlı ortaq bir bəyanat imzalandı.

Rusiya prezidenti Vladimir Putinin sözlərinə görə, üç ölkənin lideri, Qarabağın addım-addım  inkişafı proqramını hazılamaq üçün üç hökumətin baş nazir müavinlərindən ibarət bir işçi qrupun yaradılmasına razılıq veriblər. Danışıqlarda əsas məsələ  sərhədlərin müəyyənləşdirilməsi, nəqliyyat qovşaqlarının blokadadan  çıxarılması və əsir mübadiləsi məsələləri idi.  Paşinyanın çıxışından belə aydın olur ki, bu məsələdə yeni razılaşma əldə etmək mümkün olmayıb, deyə BBC-nin materialında bildirilir.

Azərbaycan prezidenti İlham Əliyev danışıqların nəticəsi ilə bağlı bildirib ki,  30 ildən artıq müddətdən sonra Azərbaycan Ermənistan ərazisindən keçən nəqliyyat kommunikasiyaları vasitəsilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ilə əlaqə imkanına, Ermənistan da Azərbaycan ərazisindən keçməklə Rusiyaya, İrana dəmir yolu çıxışı imkanına malik olacaq. Biz, həmçinin Naxçıvan Muxtar Respublikası ərazisindən keçməklə Türkiyə bazarına çıxış əldə edəcəyik, Türkiyənin və Rusiyanın dəmir yolu arteriyaları birləşəcək. Yeri gəlmişkən,  bəyanatda əksini tapan məsələlərin  həlli məqsədilə yaradılan  baş nazirin müavinlərindən ibarət işçi qrupun ilk iclası 31 yanvar tarixinə qədər keçirilməlidir.  Mart ayının 1-nə qədər isə  bölgədəki yeni nəqliyyat infrastrukturunun necə qurulacağına dair  qrafik təqdim olunmalıdır.

Bu arada 44 günlük müharibə ərazində  qondarma “DQR”in  “müdafiə ordusu”nun Azərbaycan Silahlı Qüvvələri tərəfindən tamamilə darmadağın olunmasına  baxmayaraq  Arutyunovun “Ermənistanın və “Artsaxın təhlükəsizliyi” ilə bağlı şərhlərində vahid bir konsepsiya kimi təqdim edilməsi təəccüb doğurur.

Açıq mənbələrdə yayılan məlumatlara görə, Ermənistanın Azərbaycan ərazisində işğalçılıq funksiyasını yerinə yetirən qondarma “respublika”nın ordusunun müharibədən əvvəl  Ermənistan ərazisindən hərbi xidmətə çağırılanları və müqaviləli əsgərləri nəzərə almadan  sayının 80-100 min nəfər olduğu bildirilir.  Bu “ordu”  Ermənistan Silahlı Qüvvələri ilə sıx bağlı idi,  Ermənistandan silah və hərbi texnika alırdı. Ermənistandan olan zabitlər separatçı rejim üçün hərbi kadrların hazırlanmasında iştirak edirdilər.

Buna baxmayaraq, bəzi təxminlərə görə, “DQR Müdafiə Ordusu”nun əsas hissəsini   Ermənistandan olan hərbçilər təşkil edirdi.   Ermənistan Silahlı Qüvvələrinin 33651 saylı hərbi hissəsi məhz Xankəndinin nəzarətində olan ərazidə yerləşirdi.  Müharibənin sonunda Azərbaycan Silahlı Qüvvələri bölgənin əsas şəhəri olan Şuşanı azad edəndə Xankəndidə və ətrafında 25-30 min erməni əsgəri qalmışdı.  Ermənistanın Baş Naziri Nikol Paşinyan məhz həmin silahlı birləşməni mühasirədən və ölümdən qurtarmaq üçün üçtərəfli bəyanatı imzalamaq məcburiyyətində qaldığını açıqlamışdı.

Belə bir vəziyyətdə "Qarabağ Müdafiə Ordusu"nun (daha doğrusu, onun qalıqlarının) gələcəyi son dərəcə qeyri-müəyyəndir. Ermənilər Rusiya sülhmərmalıları ilə əhatəyə alınsalar da  onların praktik olaraq Azərbaycanın nəzarətində olan ərazi vasitəsilə Qarabağa hərbi təchizat apara biləcəklərini təsəvvür etmək çətindir. Üstəlik, erməni cəmiyyətində yeni reallıqları qəbul edən sağlam düşüncəsi yetişir. Onlar Dağlıq Qarabağın Ermənistan hərbçiləri üçün təhlükəli vəziyyətə gəldiyini anlayırlar. Təsadüfi deyil ki,  yanvar ayının 8-də Yerevandakı hərbi universitetin qarşısında təşkil olunan  aksiyada  valideynlər övladlarının Dağlıq Qarabağa xidmətə göndərilməsinə etiraz  etdilər.

"Övladlarımızın Artsaxa getməsini istəmirik. Onların geri dönəcəyinə zəmanət yoxdur. Müdafiə Nazirliyindən övladalrımızın Ermənistan ərazisində xidmət edəcəklərinə dair zəmanət istəyirik".  "Novosti Armenia" qəzeti etirazçıların aksiyada əsasən bu fikri  qabartdıqlarını  yazıb. 

Xatırladaq ki, bu cür tələblərin səsləndirildiyi etirazlar ötən ilin noyabr ayının sonundan etibarən başlayıb. Aksiyalar Ermənistan Müdafiə Nazirliyinin və Hökumət Evinin binaları qarşısında keçirilib.  Valideynlər  övladalrının Qarabağda deyil, Ermənistanda hərbui xidmət keçməsini tələb ediblər. Eyni zamanda, informasiya vasitələrində Ermənistan Silahlı Qüvvələrində fərarilik, xidmətdən yayınma hallarının artmasına dair  məlumatlar  yayılmışdı.

Təsadüfi deyil ki,  Ermənistanın keçmiş hərbi komissarı general-mayor Levon Stepanyan “Sputnik Ermənistan” nəşrinə açıqlamasında bildirib ki,  hüquq-mühafizə orqanları Qarabağda müharibə gedən zaman qeydə alınan fərarilik halları ilə bağlı araşdırmalara başlamalıdır.

Xatırladaq ki, Ermənistan Baş Prokurorluğu 2020-ci il dekabr ayının 21-də  müharibə zamanı yol verilən qanun pozuntuları barədə yüzlərlə cinayət işi açıldığını və araşdırma aparıldığını açıqlayıb.  İstər müharibə dövründə, istərsə də sonrakı  dövrdə mediada xəyanət, səhlənkarlıq,  fərarilik, hərbi tədarükün qəsdən kəsilməsi,  bəzi yaşayış məntəqələrinin bilərəkdən təsilm edilməsi halları ilə bağlı  kifayət qədər məlumatlar, açıqlamalar dərc edilib.

Bu istiqamətdə aparılan monitorinqin nəticələrinə görə, ümumilikdə 882 cinayət işi başlanıb, istintaq Xüsusi İstintaq Xidməti, Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin (MTN) İstintaq İdarəsi tərəfindən aparılır. Artıq onlarla insana qarşı ittiham irəli sürüldüyü bildirilir.  Bundan əvvəl, Ermənistan Silahlı Qüvvələrinin Dağlıq Qarabağdakı yoxlama postlarında fəarailərə qarşı silah tətbiq edildiyinə dair məlumatlar var idi.

Yeri gəlmişkən, “Sputnik Ermənistan” nəşri  xəbər verir ki,  Ermənistanın səhiyyə naziri Arsen Torosyan öz feysbuk səhifəsində  27 sentyabr - 9 noyabr tarixlərində ölən  3360  hərbçinin cəsədinin və ya qalıqlarının ekpertizadan keçirildiyini yazıb.

Beləliklə, araşdırmamızın mövzusuna, yəni hərbi ekspert David Arutyunovun Ermənistan və “Artsax”da hərbi təhlükəsizlik sahəsindəki vəziyyətlə bağlı açıqlamasına qayıdaq. Yuxarıda deyilənlərin əsasında aydın olur ki, Ermənistanın və qondrama “DQR”in  ortaq təhlükəsizlik sistemi İkinci Qarabağ müharibəsi zamanı məhv olub.

Onun “Ermənistan ordusu sıfırdan modernləşdirilməlidir” fikrinə gəlincə,  bu ordunun  İkinci Qarabağ Müharibədinsə məhv olduğunu nəzərə alsaq, əslində bu fikir  "Ermənistan ordusu sıfırdan yaradılmalıdır" kimi şərh edilməlidir. Nəyisə  sıfırdan modernləşdirmək mümkün olmadığından, David Arutyunovun bu açıqlaması da açıq-aşkar əsassızdır.