“Sovet hakimiyyəti illərində Dağlıq Qarabağ Muxtar Vilayəti praktik olaraq infrastrukturdan məhrum idi. Olanlar isə müharibdən sonra xarabalığa çevrildi”.  Bu barədə Ermənistanın hetq.am saytında dərc olunan məqalədə iddia olunur.

Saxta.info bu iddianın doğru olub-olmadığını yoxlayıb.

Mövzumuzun əsas  hədəfinə keçməzdən öncə qeyd edək ki, Dağlıq Qarabağ Muxtar Vilayəti  7 iyul 1923-cü il tarixində yaradılıb. Həmin tarixdə  Azərbaycan Sovetləri Mərkəzi İcraiyyə Komitəsinin verdiyi  dekretlə yaradılan Muxtar Vilayətin  inzabiti mərkəzi kimi Xankəndi şəhəri müəyyən edilib.

Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) inkişaf etməməsi, burada yaşayan erməni əhalinin sosial-iqtisadi vəziyyətinin geriliyi ilə bağlı ermənilər hələ sovet illərində tezislərlə çıxış ediblər. Hətta keçmiş SSRİ-nin rəhbərliyinə bu barədə dəfələrlə  əsassız  şikayətər ünvanladıqları da məlumdur.

Ona görə də sovet dövründə DQMV-nin sosial-iqtisadi və digər sahələr üzrə inşkişafını statistika əsasında  göstərməyə çalışacağıq.  Statistika göstərir ki, DQMV-də bütün sahələr üzrə inkişaf, görülən işlər Azərbaycanın digər bölgələrindən üstün olub.  Bunun üçün 1970-1985-ci illərə aid statistik rəqəmlərə  diqqət etmək kifayətdir.

1971- 1985-ci illərdə  Azərbaycan hökuməti  DQMV-nin inkişafı üçün 483 milyon manat vəsait ayırıb. Bu əvvəlki on beş ildə ayrılan vəsaitdən 2,8 dəfə çox idi. 1965-1985-ci illərdə muxtar vilayətdə adambaşına düşən əsaslı vəsait 4 dəfə artıb.  Bu məbləğ 1961-1965-ci illərdə 59 manat olduğu halda, 1981-1985- ci illərdə 226 manata çatıb.  Hətta 1970-1985-ci illərdə, ümumilikdə Azərbaycan üzrə regionlara ayrılan vəsaitin həcminə görə, Bakı və Sumqayıt şəhərlərindən sonra DQMV  gəlirdi.

Digər fakt və rəqəmlərə diqqət edək.

Qeyd edilən dövrdə Dağlıq Qarabağda 52 müasir sənaye müəssisəsi olub. Burada  ipək məmulatları, elektirik cihazları, lüminessent lampaları, kondensatorlar, musiqi alətləri, mebel, dekorativ lövhə və suvenir məmulatları, tikinti materialları, üzlük bəzək plitələri, ayaqqabı, tikili mallar, ət və süd məhsulları, qənnadı və un məmulatıları, konyak, spirt, şərab və başqa məmulatlar istehsal olunub.

Həmin vaxt Azərbaycanda ümumilikdə  218 yeni sənaye müəssisəsi istifadəyə verilib. Bunun 15-i DQMV-nin payına düşürdü.

Bu müəssisələrdən biri də  SSRİ-nin 50 illiyi adına Xankəndi ayaqqabı fabriki idi. 1972-ci ildə istifadəyə verilən  fabrikdə keçmiş SSRİ-yə aid avadanlıqlarla yanaşı, Çexoslovakiyadan (indiki Çexiya), Almaniya Demokratik Respublikasından gətirilən qurğular quraşdırılıb.  

İlk ildə fabrikdə 8,4 min cüt ayaqqabı istehsal olunub.  1980-cı ildə atrıq istehsal həcmi  4 milyon 181 minə, 1985-ci ildə 4 milyon 514 minə çatdırılıb. 

Ötən əsrin 70-ci illərində DQMV-də daha bir iri müəssisə Xankəndi tikinti materialları kombinatı qurulub. Burada istehsal olunan mərmər bloklar keçmiş SSRİ məkanının 160-dan çox şəhərində, hətta  Moskva, Kiyev, Daşkənddə istifadə edilib. Kombinatın işçiləri üçün 3 min kvadrat metr sahəsi olan mədəni məişət obyekti, müasir tipli yeməkxana, pioner düşərgəsi, 240 yerlik klub, istirahət parkı, idman meydançası və başqa obyektlər istifadəyə verilib.

Həmin dövrdə Azərbaycanda 2-ci böyük ipək kombinatı olan, Xankəndidəki  “Qarabağ İpək Kombinatı”nın ermənilərin daha çox məskunlaşdığı kənd və qəsəbələrdə yeni fılialları yaradılıb. 1980-cı illərdə  kombinatda 12 adda ipək parça hazırlanırdı. Müəssisə Azərbaycan ipəkçilik sənayesi məhsullarının 36 faizini verirdi.  Burada istehsal olunan məhsullar  təkcə, ittifaq miqyasında deyil Yaponiya, İtaliya, Macarıstan və digər dövlətlərdə tanınırdı.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzin  rəhbəri   Vüsal Qasımlı  “İnterfax-Azərbaycan” agentliyinə verdiyi müsahibədə bildirib ki, 1985-ci ildə Xankəndindəki İpək Kombinatına daxil olan barama xammalının cəmi 8%-i Dağlıq Qarabağın özündə istehsal olunurdu. Yerdə qalan 92%-i isə Azərbaycanın digər rayonlarından gətirilib.

Milli Elmələr Akademiyasının hazıladığı “Azərbaycan SSR-in Dağliq Qarabağ Muxtar Vilayətində ictimai-siyasi həyat, iqtisadi və mədəni inikişaf” adlı nəşrdə bildirilir ki,  hətta Azərbaycan hökuməti müəssisədə xammal çatışmazlığı yaşanmaması üçün Ukrayna, Özbəkistan, Tacikistan və Qazaxstandan xammal alıb. Bu səbəbdən də  3 minə yaxın işçinin çalışdığı kombinatda bir dəfə də olsun xammal çatışmazlığına görə işi dayandırılmayıb. 

Daha bir müəssisə və bu müəssisənin DQMV-nin erməni sakinləri üçün əhəmiyyətindən qısaca söz açaq.  Söhbət Xankəndi elektrotexnika zavodundan gedir.  Əvvəllər yalnız stolüstü ventilyatorlar və məişət kaloriferləri istehsal olunuan müəssisədə sonralar müasir tipli elektrik çıraqları buraxılıb,  80-ci illərdə zavod lampa istehsalı sahəsində də ixtisaslaşıb. 1985-ci ildə müəssisədə 25 milyon manatlıq məhsul istehsalı edilib. Zavodda istehsalı olunan 14 növ məhsul keçmiş SSRİ respublikalarına və dünyanın 14 dövlətinə ixrac olunub. 13-cü maaş və digər pul mükfatları alan işçilər arasında erməni işşilər çoxluq təşkil edib.  Zavodun işçiləri üçün beşmərtəbəli məişət korpusu tikilib, burada kitabxana, klub, tibb-sanitariya mərkəzi, mağaza, hamam, dəlləkxana, ayaqqabı, tikiş emalatxanaları  olub.  Zavoda aid  quşçuluq ferması fəhlələrə ildə 10 min toyuq və 100 min yumurta verib. Zavodun ixtiyarında olan istixanada il ərzində 30 ton pamidor-xiyar yetişdirilib. Yeməkxanada işçilərə yemək güzəştli qiymətlərlə. bəzən də pulsuz verilib.

Qeyd olunan dövrdə DQMV-də  şərabçılıq sənayesi sürətlə inkişag edib. Əgər 1927-ci ildə bölgədə 2 spirt zavodu vardısa, 1970-ci ildə həmin zavodlarm sayı 10-a, 1985-ci ildə isə 15-ə çatdırılıb. Şərabçılıq müəssisələri ermənilərin daha çox cəmləşdiyi, Ağdərədə,  Əskəranda, Qırmızı Bazarda, Xankəndidə, Xocavənddə inşa olunub.

Bu sektorda da çalışan işçilər  üçün yeməkxanalarda  yeməklər yarıbayarı qiymətə olub. Müəssisələrdə ən zəruri mallar satılan mağaza, geniş klub, sanatoriya-məişət binaları, yardımçı təsərrüfat fermaları, uşaq bağçaları, dəlləkxana, ayaqqabı təmiri emalatxanası fəaliyyət göstərib. Təbii ki, müəssisələrin ətrafında yaradılan bu infrastruktur hökumətin Dağlıq Qarabağdakı sakinlərə diqqətinin göstəricisi idi.

1970-1985-ci illərdə Dağlıq Qarabağda mərmər və daş karxanalarının fəaliyyəti genişlənib. Burda istehsal olunan mərmər, felzit, qranit üzlüklər keçmiş ŞSRİ-nin yüzlərlə şəhərinə göndərilib. Araşdırmalar göstərir ki, bu sahədə çalışan işçilər arasında ümumiyətlə azərbaycanlı olmayıb.

1960-cı illərdə Xankəndidə açıqlam Mebel fabriki keçmiş ittifaq miqyasında ixtisaslaşmış müəssisəyə  çevrilmişdi.  Burada istehsal olunan məhsullar bütün SSRİ məkanmda satılırdı. 1985-ci ildə  müəssisənin gəliri 4 milyon 657 min manata çatıb. Bu müəssisənin materialı isə Tərtər çayı üzərində qurulan meşə təsərrüfatı kombinatından göndərilirdi.

Bundan başqa həmin illərdə DQMV-də yardılan Xankəndi tikiş fabriki, məhsulları İngiltərə, İtaliya və başqa ölkələrdə məşhur olan Xankəndi xalçaçılıq fabriki, fabrikin filialları,  Xankəndi süd kombinatı vilayətin iqtisadi inkişafında mühüm rol oynayırdı.  

Bölgə  süd və süd məhsullarının adambaşına düşən istehsal səviyyəsinə görə Azərbaycannın iqtisadi rayonları arasında ilk yerlərdən birini tuturdu. Burada istehsal olunan məhsullar, nəinki, yerli əhalinin təlabatmı ödəyir, hətta Ermənistana və ittifaqın digər regionlarına da göndərilirdi.

DQMV ərazisində qurulan əhəng, taxta-şalban, kərpic, kirəmid sexləri də əsasən ermənilərin kompakt şəkildə məskunlaşdığı Xankəndi, Ağdərə və Hadrud rayonlan ərazisindəydi.

Dağlıq Qarabağda  enerji infrastrukturuna ciddi diqqət yetirilib.  Ağdam-Xankəndi yüksək gərginlikli elektrik xətti vasitəsilə Mingəçevir SES-dən DQMV-nə verilən elektrik enerjisindən başqa burada Madagiz (Suqovuşan)”, Əsgəran, Sajan, Xankəndi Su Elektrik Stansiyaları və digər stansiyalar yeni avadanlıqlarla təmin edilib, gücü artırılıb. Statistik materiallar  göstərir ki, 1970-1985-ci illərdə DQMV-də elektrik enerjisi istehsalı 46,3 dəfədən çox artıb. 1985-ci ildə 74,1 milyon kilovat saata qalxıb.  

DQMV  adambaşına düşən elektrik enerjisinə görə ümumrespublika səviyyəsində öndə olub. Hətta 1985-ci ildə Naxçıvan Muxtar Respublikasında adambaşına 237 kilovat saat elektrik enerjisi düşdüyü halda, bu rəqəm DQMV-də 2 dəfə artıq idi (adambaşına 463 klovat saat).

Ərazinin dağlıq olmasına baxmayaraq Azərbaycan höküməti vilayətdə energetika təsərrüfatmın inkişafı üçün xüsusi tədbirlər həyata keçirərək 1970-1985-ci illərdə 1300 kilometrlik yüksək voltlu elektrik xətti çəkib. Və Dağlıq Qarabağ Azərbaycanda üçtərəfli elektrik təchizatı olan yeganə region idi.  Sərsənq SES 125 milyon kilovat saat elektrik enerjisı ilə Zaqafqaziyamn vahid energetika sisteminə daxil olmuşdu.

Dağlıq Qarabağda sənayenin həcmi  1970-ci illə müqayisədə 1980-ci ildə 249 faiz, 1985-ci ildə isə 300 faiz artıb.  Statistik məlimatların tədqiqatı göstərir ki, həmin illərdə Dağlıq Qarabağ sənayesindəki göstəricilər istər ümumrespublika səviyyəsində, istərsə də Naxçıvan Muxtar Respublikası ilə müqayisədə üstün olub.  Sənayedə məşğulluq göstəricilərinə görə DQMV yalnız Bakı-Sumqayıt rayonlarından geri qalırdı.  Dağlıq Qarabağda adambaşına 1,4 min manatlıq sənaye məhsulu istehsal olunurdu ki, bu da, Bakı və Sumqayıt istisna olmaqla, Azərbaycanın bütün iqtisadi regionları üzrə göstəricilərdən yüksək idi.

Bölgənin suvarma infarstrukturuna da ciddi diqqət edilib. 1976-1981-ci illərdə Dağlıq Qarabağda  uzunluğu 388,5 kilometr olan iri həcimli rayonlararası dövlət kanalları, 348 kilometr uzunluğunda təsərrüfatlar daxili kanal  çəkilib istifadəyə verilib.  Hətta, Ağdərə rayonu ərazisində təsərrüfatları suvarmaq üçün “süni yağış”  suvarma sistemi tətbiq olunub.

Mənzil təminatına gəlincə, bu sahəyə 1971-1975-ci illərdə 139 milyon manat, 1976-1980-ci illərdə 153 milyon manat, 1981-1985-ci illərdə isə 191 milyon manat vəsait ayrılıb. 1970-1985-ci illərdə bütün maliyyə mənbələri hesabına DQMV-də ümumi sahəsi 1027,9 min kvadrat metr olan yeni mənzil  istifadəyə verilib.  1960- 1980-ci illərdə Dağlıq Qarabağın fəhlə və qulluqçuları, kənd ziyalıları üçün Azərbaycan hökümətinin köməyi ilə 552 min kvadrat metr sahəsi olan 1000-dən artıq fərdi mənzil tikilib.  Təkcə 1976-1980-ci illərdə 126 min fəhlə və qulluqçu yeni mənzillərə köçürülmüşdü.

Statistika göstərir ki, 1970- 1985-ci illərdə DQMV mənzil tikintisinə görə də Azərbaycanın bütün regionlarmdan öndə olub. Məsələn, Dağlıq Qarabağda bir sakinə düşən mənzil sahəsi 14,6 kvadrat metr olduğu halda ümumi Azərbaycan üçün bu göstərici 10,0 kv.metr, Naxçıvan MR üçün isə  9,5 kv.metr  olub.

Bölgənin sosial təminatından danışarkən mavi yanacaqla təminatı unutmaq olmaz. 1978-ci ildə Yevlax-Xankəndi qaz kəməri istifadəyə verilib. 107 km uzunluğunda olan bu kəmərin bir hissəsi dağlarda, çətin şəraitdə inşa olunmuşdu. 1970-ci illərin sonlarında  Yevlax-Xankəndi-Gorus-Naxçıvan qaz kəmərinin istifadəyə verilməsi ilə, Dağlıq Qarabağ əhalisinin qazla təminatı daha da güclənib. 1986-cı ildə Dağlıq Qarabağ ərazisi 100 faiz qazla təmin edilmişdi. Halbuki, ümumrespublika üzrə bu göstərici 96,2 faizə bərabər idi.

1985-ci ildə DQMV-də küçə su xətləri şəbəkəsinin uzunluğu 203,2 kilometrə çatırdı. Bunun 65,6 kilometri Xankəndi şəhərinin payına düşürdü (32,2 faiz). Ümumilikdə isə  DQMV-də şəhər, rayon və qəsəbə əhalisinin su ilə təchizatı ümumrespublika səviyyəsindən 2 dəfə yüksək olub.  Şəhərlərin kanalizasiya ilə təminatı işində də DQMV ümumrespublika səviyyəsini 2 dəfə üstələmişdi.

Yol infrastrukturuna gəlincə, əgər 1966-ci ildə vilayətin şəhər və kəndlərində 712 kilometr yol çəkilmişdisə, 1970-ci ildə 914,5 kilometr, 1975-ci ildə 970,2 kilometr, 1980-ci ildə 987,5 kilometr, 1985-ci ildə isə 998,9 kilometr yol çəkilib.  XX yüzilliyin 70-ci illərində Azərbaycanın o zamankı rəhbəri Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Bakını Xankəndi ilə birləşdirən Ağdam-Xankəndi dəmir yolu çəkilib. 1979-cu ildə istifadəyə verilən 26 kilometrlik  bu yol DQMV-nin iqtisadi  həyatında böyük əhəmiyyətə malik idi.   Təbii ki, bölgənin nəqliyyat infrastrukturunda 1974-cü ilə istifadəyə verilən Xankəndi aeroportu əsas yeri tuturdu.

Səhiyyə, təhsil sahələrində də mühüm işlər görülmüşdü. Məsələn, 1985-ci illərdə xəstəxanalarda hər 10 min nəfərə düşən çarpayı sayı Azərbaycan  üzrə 97,8 faiz, Azərbaycanın Naxçıvan bölgəsi üçün 94,6 faiz, DQMV üzrə isə 104,6 faiz olub.

1970-1980-ci illərdə Heydər Əliyevin şəxsi təşəbbüsü ilə açılan Xankəndi Pedaqoji İnstitutu  isə bölgədə  təhsil  prosesinə hökumətin yanaşmasının göstəricisi idi.

1985-ci ildə DQMV-də məktəbəqədər uşaq müəssisələrinin sayı 85 idisə, 1986-cı ildə 97-yə, 1987-ci ildə 98-ə çatıb. Həmin müəssisələrdə tərbiyə olunan uşaqların sayı isə 1988-ci ildə  8,3 min nəfərə yüksəlmişdi.

I988-ci ilin  məlumatma görə, Azərbaycan əhalisinin 20 faizi məktəbəqədər uşaq müəssisələri ilə təmin olunmuşdu. Bu göstərisi Naxçıvanda 12 faiz, DQMV-də 35 faiz təşkil edirdi. Aparılan hesablamalara görə, 1988-ci ildə Dağlıq Qarabağın azərbaycanlılar yaşayan kəndlərinin 12 faizi məktəbəqədər uşaq müəssisələri ilə təmin olunduğu halda, ermənilər yaşayan kəndlərdə bu rəqəm 35 faizə çatırdı.

Bundan başqa 10 min nəfərə düşən kütləvi kitabxanaların sayı keçmiş SSRİ-də 4,8, Ermənistan SSR-də 4,1, ümumrespublika üzrə 6 olduğu halda DQMV-də 13-ə çatırdı. 10 min nəfərə düşən klublarən sayı SSRİ-də 5,4, Ermənistanda 3,8, Azərbaycan üzrə 5 idisə, vilayətdə 15-ə çatırdı.

Saxta.info qeyd olunan məlumat və faktlara əsasən bu qənaətə gəlib ki, Dağlıq Qarabağın  infrastrukturdan məhrum olmasına dair hetq.am saytının məlumatı kökündən yanlışdır.