“Peyk şəkillərinə əsasən  Şuşadakı xalq arasında "Kanaç Jam" adlandırılan kilsə artıq dağıdılıb”. Bu barədə Ermənistan mediası Feysbuk istifadəçisi Varujan  Geqamyana istinadən xəbər verib.

Saxta.info bu iddia ilə bağlı dəqiqləşdirmə aparıb.

Google Earth tətbiqi vasitəsilə əldə edilən şəkildə qeyd edilən  obyektin həqiqətən qalıqları  görünür.  Buna baxmayaraq,  əksi böyütdükdə  yerdə sivri uclu günbəzin kölgələri  görünür, bu da kilsənin günbəzinin yerində olduğunu deməyə əsas verir.

Buna baxmayaraq ona Google xəritələrində baxdıq və  səhv etmədiyimiz üzə çıxdı.

Ermənilərin məlumatlarında yerində dağıntılar kimi qələmə verdiyi kölgələr və kilsənin hər iki günbəzi, gördüyümüz kimi salamatdır. Şəkillərdəki və kölgələrin yerləşməsindəki cüzi fərq görünür onunla bağlıdır ki, çəkiliş müxtəlif rakurslardan və günün fərqli saatlarında aparılıb.

Göründüyü kimi, ermənilərin "Kanaç jam" adlandırdığı Şuşa kilsəsinin dağıdılması haqda məlumatlar həqiqətə uyğun deyil.