Koronavirus pandemiyası dövründə sosial şəbəkələrdə ikidəqiqəlik ağ-qara video geniş yayılıb. Onu dərc edənlərin şərhlərinə görə, video 1956-cı il fevralın 29-da yaradılıb. Maraqlıdır ki,  sona doğru (1:46)  kadr araxası mətn səsələndirən şəxs mütəxəssislərin 2020-ci ildə Asiya ərazisində  ortaya çıxacaq və dünyanın hər yerinə yayılacaq “dağıdıcı”  pandemiya  haqda xəbər verirlər. Həmin  “səs” əlavə olaraq, bəşəriyyətin gələcəkdə əldə edəcəyi  bir çox texnoloji ixtiradan, bir dilim çörək ölçüsündə çox sayda ofis funksiyasına sahib cihazlardan bəhs edir.

Saxta.info  ilk baxışdan təəccüb doğuran  bu "proqnoz"la bağlı  dəqiqləşdirmə aparıb.

Qeyd edək ki,  kadrarxası səs baş verənləri bir ictimai xidmət elanı olaraq təqdim edir (Public service announcement),  sonra haqqında xəbər verilən  pandemiyadan qaçmaq üçün  təlimatlar veriləcəyi qeyd edilir.  Daha sonra yayım kommersiya reklamı üçün kəsilir,  kadrarxası səs guya vəd edilmiş təlimatlara geçir,  lakin bu anda film kəsilir və ardınca texniki problem barədə bir bildirişlə ekran açılır.

Axtarışlar zamanı biz şəkillərin verifikasiyası ilə bağlı olan snopes.com internet resursuna rast gəldik. Onun köməyi ilə "bizim" videonu təhlil edərək əmin olduq ki, videoçarx sosial şəbəkələrdə əlçatan olan televerilişlərin və kinofilmlərin arxiv yazılarının hissələrindən montaj olunub. Belə ki, qadın və təmizləyici robot olan kadrlar 1940-cı ilin Leave İt to Roll-Oh filmindən götürülüb.

Solda kadrlar bizim "öncə görən videomuzdan", sağda isə 1940-cı ilin filmindəndir.

Əl dəsmalına burnunu təmizləyən qız kadrı Getty İmages-in arxivindən götürülüb.

Yuxarıdakı şəkil "bizim videodandır", aşağıdakı isə (loqotipli) Getty İmages-in arxivindən yüklənib.

Sonuna yaxın gələcək barədə hekayənin yarımçıq kəsildiyi Doeskin Napkins salfetlərinin reklamı da sosial şəbəkələrdə tapıldı.

Nəhayət, InVid yoxlama alətindən istifadə edərək, RamsesThePigeon Youtube hesabında virus  videonun "ilk mənbəyini" tapdıq. Bu ləqəb altında amerikalı  yazıçı-satirik və  animasiya və qısametralı filmlərin prodüseri Max Patrick Schlinger  gizlənir. Video Youtube platformasına 29 Fevral 2020 tarixində yüklənib.

Orijinal videonun çıxışında, 4 dəq. 15-ci saniyəsində  göstərilir ki,  onun yaradıcısı arxiv  və ictimai sahə materiallarını archive.org saytından götürüb və özü  montaj edib.

Beləliklə, apardığımız qısa araşdırma göstərdi ki, 1956-cı il tarixli film əslində 2020-ci ildə parodiya janrında yaradılıb və sosial şəbəkələrdə qeyd edildiyini  əkisinə olaraq özündə indiki pandemiya ilə bağlı önəcədən xəbərverməni ehtiva etmir.