Sosial şəbəkələrin erməni seqmentində Bakıda ictimai yerdə öz dilində danışdığına görə milliyətcə talış olan gəncin döyülməsi barədə məlumatlar yayılıb. Döyülən şəxsin 44 günlük müharibədə iştirak etdiyi də vurğulanıb. Bu  barədə xüsusu olaraq ermənilərin ANTITURAN Telegram kanalı məlumat yayıb.

Yəqin ki, son bir həftə ərzində sosial şəbəkələrdə və saytlarda geniş yayılan bu video ilə siz də tanışsınız. Əslində bu erməni təbliğat maşınının məlumatsız auditoriyaya faktları fərqli şəkildə  təqdim etməsi ilk hal deyil.

Burada şəhid Xudayar Yuisfzadəni  Twitter-də lağa qoymuş Fuad Rəsulzadəyə edilən hücum "talış milliyyətindən olan" şəxsin döyülməsi halı kimi qələmə verilir. Maraqlıdır ki, həlak olan şəxs barədə yersiz zarafat edən feyk profil sonradan Twitter-dən silinib.

Qeyd edək ki,  Xudayar Yusifzadə 2020-ci il sentyabrın 27-dən  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. Füzulinin, Kəlbəcərin, Zəngilanın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşub. 22 oktyabr 2020-ci ildə Zəngilan rayonunun Ağbənd qəsəbəsi istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Bərdə Şəhidlər Xiyabanında dəfn edilib.  Götərdiyi igidliyə görə "Vətən uğrunda", "Zəngilanın azad olunmasına görə" medalı  medalları,  "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Şəhid Xudayar Yusifzadənin  məzunu olduğu  Bərdə şəhərindəki 1 nömrəli Uşaq İncəsənət Məktəbində büstü qoyulub.

Erməni təbliğatının öz dilində danışmaq istədiyi üçün döyüldüyünü iddia etdiyi Fuad Rəsulzadə əslində tamamilə fərqli səbəblərdən zərər çəkib.

Sosial şəbəkələrdə əksini tapan  mesajlardan F.Rəsulzadənin tək olmadığı məlum olur. Müxtəlif mənbələrdə Vətən müharibəsi qəhrəmanlarını lağ mövzusuna çevirərək əylənən və tamaşaçı toplayan bir qrup istifadəçi var.

Dəfələrlə edilən xəbərdarlıqlardan sonra şəhidə lağ edən şəxs bir qrup  tərəfindən döyülüb. Zərərçəkənin ifadəsi əsasında Binəqədi Rayon Polis Şöbəsində cinayət işi başlanıb, artıq Rəsulzadənin şəhidin qardaşı, əmisi və əmisi oğlu tərəfindən döyüldüyü məlum olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hazırda heç kim həbs olunmayıb. Araşdırma zamanı tərəflər barışmaq niyyətində olduqlarını elan ediblər və barışıq üçün rəsmi müraciət etdikləri təqdirdə, prosessual qanunvericiliyə uyğun olaraq nəzərə alınacaq.

Bu arada Şəhidin anası jurnalistlərə açıqlamasında oğlunun xatirəsini təhqir edən şəxslə bağlı məhkəməyə müraciət edəcəyini  bildirib.

Qeyd edək ki, məlum hadisə Azərbaycan mediasında geniş işıqlandırılıb və sosial şəbəkələrdə müzakirə olunub.

Xatırladaq ki, Fuad Rəsulzadə adlı şəxs  "tvitter" sosial şəbəkəsində "Xudayar çoxdandır təzə mahnı buraxmır" adlı status yazıb.  Qeyd edək ki, Xudayar müharibəd göstərdiyi qəhrəmanlıqdan başqa, cəbhədə öz döyüş yoldaşlarının əhatəsində  “Vətən yaxşıdır” təsnifini oxumaqla da Azərbaycan xalqının  rəğbətini qazanıb.

Videonu buradan izləyə bilərsiniz

Yuxarıda qeyd edilənllərə əsaslanaraq deyə bilərik ki, ermənlərin  milliyyətcə talış olan şəxsin döyülməsi  kimi təqdim ediyi bu hadisə  tamamilə  mahiyyətindən uzaq kontekstdə təqdim edilib. Bütüm məlumatlar göstərir ki,  burada motiv şəhidin ünvanına xoşagəlməz ifadələrin yazılması və  şəhidin yaxınlarının bundan qəzəblənməsi ilə bağlıdır. L

Saxta.info bu qənaətə gəlib ki,  erməni KİV-lərinin iddiası tamamilə əsassızdır.